“Formula-1” yarışları təşkilatlarının Turan agentliyinə qarşı ayrı-seçkiliyi

“Formula -1” yarışlarının yerli təşkilatçıları Turan agentliyinin fotomüxbiri Əziz Kərimovu bu yarışları işıqlandırmaq üçün akreditə etməyib.

Təşkilat Komitəsinin nümayəndələri uzun müddət bildirirdilər ki, akreditə onlar tərəfindən verilmir, az qalırdı desinlər ki, yarışların sahibi Eklstoun tərəfindən verilir və gözləmək lazımdır. Yarışların başlamasına br gün qalmış Təşkilat Komitəsindən bildiriblər ki, fotomüxbirlərdən heç kim akreditə olunmayıb və bunun səbəbləri məlum deyil. Lakin Təşkilat Komitəsinin nümayəndələri yalan söyləyiblər. Çünki publika.az, moderator.az, azvision.az, oxu.az, AzərTAC, Trend və başqa sayt və agentliklərin müxbirləri akreditə olunublar.

Bütün bunlar göstərir ki, Təşkilat Komitəsi Turan-ın müxbirini yarışlara buraxmaq istəmir. Buna səbəb isə görünür, son vaxtlar agentliyin yarışların özü, onlarn keçirilməsinin məqsəduyğun olmaması barədə tənqidi materiallar dərc etməsidir.

Görünür, gənclər və idman nazri Azad Rəhimov və onun kampaniyası ölkənin ilk müstəqil informasiya agentliyini bu yolla “cəzalandırmaq” qərarına gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button