Fransada seçicilərin 69 faizi səsvermədə iştirak edib

Fransada keçirilən prezident seçkilərinin birinci turunda yerli vaxtla17.00-da seçicilərin 69.42 faizi səsvermədə iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat verib.

Məlumata görə, 2012-ci ildə bu rəqəm 70.59 faiz, 2007-ci ildə 73.87 faiz, 2002-ci ildə isə 58.45 faiz olub.

Belçika telekanalı “RTBF”-in məlumatına görə, seçkilərdə Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhə partiyasınım başçısı Marin Le Pen liderlik edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button