Fransalı senator erməniləri təxribatçı adlandırdı

Silvi Qo-Şavan

Fransa Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü, senator xanım Silvi Qo-Şavan Ermənistan qoşunların təmas xəttində törətdiyi son təxribatlarla bağlı bəyanat verib.

Senator azertag.az-a ünvanladığı bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və dinc əhaliyə qarşı təxribatlarını qəti şəkildə pislədiyini bildirir. O, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal etdiyini diqqətə çatdırır. Senator Ermənistandan müntəzəm xarakter almış təxribatları dayandırmağı, bu ölkənin silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək beynəlxalq hüquqa riayət olunmasını tələb edir.

Bəyanatda senator qoşunların təmas xəttində Ermənistanın son təxribatlarından sonra Azərbaycanın yenə də sülhə üstünlük verdiyini və birtərəfli şəkildə atəşi dayandırmaq haqqında qərar qəbul etdiyini alqışlayır və Ermənistanı da atəşi dayandırmağa çağırır. O, erməni silahlı qüvvələrinin işğal etdiyi və qadınlara, uşaqlara rəhm etmədən dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun stabillik məkanı, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı mühüm müttəfiq olan Azərbaycanın əzəli torpaqları olduğunu bir daha vurğulayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button