FTX şefinin oğlu Azərbaycanda bankın Müşahid Şurasının sədri oldu

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank – Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.

Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir, deyə məlumatda bildirilir.

Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb.

Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button