Fuad Qəhrəmanlı və Asif Yusifli niyə həbsdədir?

Oqtay GÜLALIYEV, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

Dostlar, biləsiniz ki, hazırda qanunsuz həbs həyatı yaşayan Fuad Qəhrəmanlı və Asif Yusifli Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının üzvləridir. Fuad bəy Koalisiya Şurasının, Asif bəy isə Monitorinq Qrupunun üzvləri olublar. Yəni hər iki şəxs Koalisiyanın fəaliyyətində yaxından iştirak edən, seçilən və fərqlənən şəxslərdir. Düşünürəm ki, Koalisiyanın və vətəndaş cəmiyyətinin problemlərinin həll olunması deyəndə həbsdə olan dostlarımızı unutmamalıyıq. Onlar birbaşa MSŞT məsələləri ilə bağlı olmasa da, ifadə azadlığının və siyasi qərəzin qurbanlarıdır. Əgər bir ölkədə insanlar öz fikirlərini sərbəst ifadə etdiklərinə, fərqli düşündüklərinə, hakimiyyəti tənqid etdiklərinə, sosial şəbəkələrdə yazdıqları yazıya, siyasi mənsubiyyətinə görə şərlənib həbs olunurlarsa, onda biz hansı şəffaflıqdan, hesabatlılıqdan danışa bilərik? Hesab edirəm, şəffaflıq təşəbbüsünün təməl hüquqlarından biri də özünü ifadə imkanının tanınmasıdır. İfadə azadlığının təmin olunmadığı və tanınmadığı ölkədə şəffaflıq və hesabatlılığın təmin olunması sual altındadır. Fuad Qəhrəmanlı və Asif Yusifli tənqidi fikirlərini ifadə etdiklərinə, fəqrli mövqelərinə görə bu gün qanunsuz həbs həyatı yaşayırlar.

asif1

Onların qanunsuz həbs olunduqlarını yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da təsdiq edir və onları siyasi məhbus kimi tanıyıb. “Amnesty İnternational” təşkilatı isə Fuad Qəhrəmanlını “vicdan məhbusu” elan edib. Bu yaxınlarda dünyanın nüfuzlu 18 beynəlxalq təşkilatının MSŞT ilə bağlı yaydıqları çağırışda da hər iki şəxsin qanunsuz həbsdə olduğu bildirilir və MSŞT İdarə heyətindən onları dəstəkləmək xahiş olunur.
31 oktyabrda Asif Yusiflinin Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesi olacaq. Biz çox ümidliyik ki, həmin gün o azadlığa çıxsın. Azərbaycanın MSŞT çərçivəsində üzərinə götürdüyü öhdəliklər və görməli olduqları işlər də tələb edir ki, nəhayət, Qarabağ qazisi, 2-ci qrup əlil, sağlamlığını Vətən ugrunda itirmiş bu fədakar insan azadlığa çıxsın. Bu amil həm də hakimiyyətin MSŞT öhdəliklərinə nə dərəcədə əməl edəcəyinin anonsu ola bilər…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button