Fuad Qəhrəmanlı ev dustaqlığına buraxıllmadı

fuad Q'hr'manl;

Həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xural.com trend.az-a istinadən xəbər verir ki, bu barədə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Bildirib ki, Nəsimi rayon məhkəməsi həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.

Bu gün, həmçinin F.Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxıldığını deyən vəkil bildirib ki, vəsatət təmin etməyib.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button