Gədəbəydə bir ana yol var, onu da bazar ediblər-FOTOLAR


gədəbəy bazarı1Gədəbəy polisi gözünün qarşısında yerləşən bazarın köçürülməsində maraqlı deyil

xural.com –un verdiyi məlumata görə, Gədəbəydə əsas magistral yolu kəsən bazar rayon Polis Şöbəsinin binasının düz qarşısında fəaliyyət göstərir

Gədəbəyə ezam olunmuş xural.com-un əməkdaşının verdiyi məlumata əsasən, Gədəbəy yaxın bölgələrdə yeganə rayondur ki, burada işıqfordan ümumiyyətlə istifadə olunmur. Maşınların qarışıq hərəkəti əsas magistral yol hesab olunan S.Vurğun küçəsində saatlarla tıxacların yaranmasına səbəb olur. Elə həmin yoldan bölgə sakinləri həm də bazar kimi istifadə edirlər. İritonnajlı maşınların bazarın qarşısında yüklərini boşaltması, sakinlərin maşınlara məhər qoymadan istədikləri ərazidən yolu keçməsi həm insanların həyatı, həm də sürücülərin taleyi üçün ciddi təhlükə yaradır.

Ən maraqlısı da odur ki, bütün bu hadisələr rayon polis şöbəsinin düz qarşısında baş verir. Görünən odur ki, polis rayon mərkəzinin belə durumunda maraqlıdır.

Bazarda alver edən sakinlərin sözlərinə görə, onlar rahat fəaliyyət göstərmək üçün gündəlik olaraq polis əməkdaşlarına “haqq” ödəyirlər.

Şəhərin natəmizliyi haqda isə danışmağa belə dəyməz. Bunun üçün orada olub, bu “ürəkaçan” mənzərəyə tamaşa etmək lazımdır. Yolların çala-çuxur vəziyyətdə olması, müəyyən saatlarda yaranan sıxlıq sanki rayonun nəbzini dayandırır.

Qarşıdan ilk Avropa Olimpiya Oyunları gəlir və təbii olaraq, ölkəyə dünyanın hər bir yerindən turistlərin axını başlayacaq. Əminik ki, Gədəbəy onlarda heç də yaxşı təəssürat buraxmayacaq.

gədəbəy bazarı2

gədəbəy bazarı4

gədəbəy bazarı5

gədəbəy bazarı3

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button