Gəncədə dəftərxana rəisi intihar edib…

Gəncə polisindən narahat xəbərlər

Elmar vəliyev 1

Dəftərxana rəisi intihar edib…

Xural.com-a daxil olan məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin dəftərxana rəisi, polis mayoru intihar edib. Xəbəri saytımıza Gəncə şəhərindəki etibarlı mənbələrimiz veriblər. Məlumata görə, Mahal adlı dəftərxana rəisi bir neçə ay bundan əvvəl intihar etsə də, bu haqda məlumat israrla mətbuatdan və cəmiyyətdən gizlədilib. Bu intiharın səbəblərini araşdırmaq təşəbbüslərimiz heç bir nəticə vermədi. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı sualımızı eşidən kimi dəstəyi yerinə qoydu.

“Uçastkovı” İlqar Balakişiyevi niyə döyüb?

Başqa bir xəbərdə deyilir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin sahə müvəkkili, polis mayoru Nazim Hacıyev, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevi – ona qarşı etdiyi kobudluğa dözməyərək vurub. Nazim Hacıyev İlqar Balakişiyevlə hamının gözünün qarşısında əlbəyaxa döyüşə çıxıb və olaydan sonra etiraz əlaməti olaraq polis orqanlarından ərizə yazaraq istefaya gedib. Məlumatlı mənbənin sözlərinə görə, Nazim Hacıyev Gəncənin keçmiş rəisi mərhum Qərib Həsənovun müavini Nofəl Hacıyevin qardaşıdır.

Xatırladaq ki, məmurların arasında əlbəyaxa dava-dalaş Gəncə şəhərində son zamanların alışılmış hadisələrindəndir. Belə ki, əvvəlki polis rəisi mərhum Rasim Musayev də hamının gözünün qarşısında şəhid anasını həbs etməyi ondan tələb edən icra hakimiyyətinin başçısı Elmar Vəliyevə etiraz etmiş, onun təhqirlərinin cavabı olaraq başçını öz kabinetində ölümünə döymüşdü. Görünür, ictimai haqsızlıq həddini aşanda insanlar hüquqlarını başqa müstəvidə qoruya bilmirlər və gücü yumruğa verirlər.

Sakinləri təhqir edən Mikayıl Zeynalov işdən çıxarıldı

Mənbəmiz onu da bildirdi ki, bir müddət bundan əvvəl elektrik enerjisi çəkmək üçün xahişə gedən sakinləri təhqir edən Mikayıl Zeynalovu Elmar Vəliyev işdən çıxarıb və başqa vəzifəyə təyin edib (https://www.xural.com/?p=27494, “Elmar Vəliyevin müavini sakinləri qovaraq təhqir etdi”). Onun Mikayıl Zeynalova əsəbiləşdiyi və sakinləri təhqir etdiyinə görə, cəzalandırdığı da gələn xəbərlər arasındadır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button