Gənclərin keçirdiyi 17 mart mitinqi baş tutdu

17.03.2012

Aksiyaya toplaşanlar hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını pozan siyasətini pisləyən “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “Əvəz Zeynallıya azadlıq! – Azad sözə azadlıq!”, “Vicdan məhbuslarına azadlıq!”, “YAP-sız yaşamaq istəyirik!”, “Rüşvətsiz təhsil!” və s. şüarlar  səsləndiriblər.

Gənclərin saat 15.00-da paytaxtın Qaradağ rayonunda Bayıl qəsəbəsində başlayan mitinqində 1500-2000 nəfər iştirak edib. Meriya bu mitinqin mərkəzdən uzaqda, sürücülük məktəbinin yanında keçirilməsinə icazə verib. Çətin və yağışlı hava şəraitinə baxmayaraq, 9 gənclər təşkilatının (4 siyasi partiya və 5 ictimai qurum) fəalları təhsil sistemində korrupsiyaya və hökumətin siyasətinə etirazlarını bildirmək üçün toplaşıblar.

Toplaşanlar hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını pozan siyasətini pisləyən “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “Vicdan məhbuslarına azadlıq!”, “YAP-sız yaşamaq istəyirik!”, “Rüşvətsiz təhsil!” və s. şüarlar qaldırıblar.

Mitinq iştirakçılarının çıxışlarında demokratik islahatlar, orduda problemlərin aradan qaldırılması, xüsusən hərbiçilərin qeyri-döyüş şəraitində həlak olmasına son qoyulması, təhsildə və digər sahələrdə korrupsiyaya qarşı mübarizə zərurəti və s. qeyd edilib.

Reper Camal Əli də mitinq iştirakçıları ilə həmrəyliyini ifadə edib.

Saat 16.00 radələrində mitinq qətnamənin qəbulu ilə başa çatıb. Qətnamədə aşağıdakı tələblər irəli sürülüb: siyasi məhbuslar, o cümlədən dindarlar azad edilsin, toplaşmaq azadlığı təmin edilsin, korrupsiyaya son qoyulsun, buna qarşı mübarizə aparanların təqibinə son qoyulsun.

Gənclər təşkilatları tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Aksiya gənc ifaçıların konserti ilə davam edib.

Aksiyanın sonunda reper Camal Əlinin konserti keçirilib, lakin ifa münaqişə və dava ilə başa çatıb. Bu, reperin hakimiyyətin ünvanına senzuradankənar ifadələr səsləndirməsindən sonra baş verib. Bu, aksiya iştirakçılarının etirazına səbəb olub. Onlar təxribatçılıq etməməyə və xuliqanlığa son qoymağa tələb ediblər. Bundan sonra reper və onu müşaiyət edən gənclərdən biri polis tərəfindən saxlanılıb və aparılıb. Aksiya iştirakçıları isə şüarlar səsləndirərək və mahnılar oxuyaraq mərkəzə doğru yürüş ediblər.

Gənclərin saat 15-də Bayıl qəsəbəsində başlayan mitinqində 1500-2000 nəfər iştirak edir. Meriya bu mitinqin mərkəzdən uzaqda, sürücülük məktəbinin yanında keçirilməsinə icazə verib. Çətin və yağışlı hava şəraitinə baxmayaraq, 9 gənclər təşkilatının (4 siyasi partiya və 5 ictimai qurum) fəalları təhsil sistemində korrupsiyaya və hökumətin siyasətinə etirazlarını bildirmək üçün toplaşıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button