Gələn il müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyədə olacaq

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Gələn il müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyədə olacaq.

Çıxış yollarından biri ordu vergisinin tətbiq edilməsi ola bilər.

2017-ci ilin dövlət büdcəsinin ən zəif həqləsi müdafiə büdcəsi hesab oluna bilər. Çünki gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici, son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir.
Regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur. Eyni zamanda nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, həmçinin silahlı qüvvələrin müdafiə qabliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır. Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər. Fikrimizcə, bu vergi növü əməyin ödənilməsi fondundan (1-2 faiz) şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır ki, onlar xərləri ilə gəlirlərini tarazlaşdıra bisinlər. Yeri gəlmişkən qeyd edim ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button