Gəncə İmamzadəsinin mütəvəllisi Ərdoğanı belə dəstəklədi – VİDEO

Gəncə İmamzadəsinin mütəvəllisi Hacı Tahir Abbaszadə Türkiyənin Afyon şəhərində Türkiyə hakimiyyətini, xalqını və prezidenti R.T.Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib.

Xural.com-un əldə etdiyi məlumata görə, məşum 15 iyul hadisələrinin doğurduğu ağır fəsadlardan bəhs edən Hacı Tahir Azərbaycan və qafqaz xalqları adından Türkiyəni və Türkiyə xalqını dəstəkləyib. Hacı Tahir eyni zamanda Azərbaycanın ağır günlərindən – 20 Yanvar hadisələrindən, 26 fevral – Xocalı faciəsindən danışıb və seyrçilər tərəfindən  alqışlarla qarşılanıb.

Xural.com virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyənin baş naziri Azərbaycana təşəkkür edib. Baş nazir bu haqda NTV telekanalına müsahibəsində danışıb.

Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyul baş tutmayan hərbi çevriliş cəhdindən sonra Azərbaycanın Fətullah Gülənin “Hizmət” hərəkatına qarşı atdığı addımlara görə minnətdarlıq ifadə edib.

“Azərbaycana çox minnətdarıq. Hörmətli Əliyev bütün fəaliyyətlərini (Fətullah Gülənə bağlı fəaliyyətləri nəzərdə tutur.-red) dərhal dayandırdı. Digər dostlarımızdan da bunu gözləyirik. Bunların həmin ölkələrə də xeyri yoxdur, olduqları ölkələrdə insanlıq üçün böyük təhdid təşkil edirlər. Bəri başdan bütün dostlarımızı bunlara şərait yaratmaqdan əl çəkməyi və Türkiyə ilə dostluğu seçməyi tövsiyə edirik” – Binəli Yıldırım deyib.

Azərbaycan hakimiyyəti 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülənin müsahibəsinin anonsunu verən ANS telekanalını bağlayıb, ardınca Qafqaz Universitetini SOCAR-ın tabeçiliyinə verib və Ali Neft Məktəbi ilə birləşdirib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button