Gəncədə ikiqat Azərbaycan çempionunu öldürən şəxs tutuldu

Fevralın 20-də Gəncədə odlu silahla qətl törədən şəxs saxlanılıb.
Xural.com-un apa.az-ın məlumatına istinadən yaydığı xəbərə görə, qərb bürosunun verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.
O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkədə E.Cəlilovun ikiqat Azərbaycan çempionu olduğunu yazıb, onun ölümü ilə əlaqədar başsağlığı verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button