Gəncəlilərin Heydər Əliyev portreti “Ginnesin rekordları”na düşə bilər

Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza «Ginnesin rekordlar kitabı»na salınması üçün qeydə alınıb.

Dünən gəncəli gənclər eks-prezident Heydər Əliyevin adını daşıyan meydanda onun canlı portretini və imzasını yaradıblar. H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər dünya rekorduna imza atıblar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.

Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaq.

 

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button