Gənc proqramçılar üçün “Barama HackDay 2016”

14571528171445615306_1000x669

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “Barama HackDay 2016” layihəsi həyata keçiriləcək.

Şirkətdən bildirilib ki, dünyada məşhur olan “Hackathon” müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün “party” (bayram) sayılan bu tədbirin əsas məqsədi yeni “hacker”, yaxud developerlərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır.

Martın 10-11-də “Python ilə veb-proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq tədbirə martın 12-də saat 09:00-da start veriləcək və 36 saat davam edəcək. Yarışma martın 13-də saat 21:00 dayandırılacaq.

Qaliblərin mükafatlandırılma mərasimi martın 14-də keçiriləcək. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat.” (Kodlaşdır. Ye.) şüarına uyğun olaraq yatmadan işləyəcəklər.

Arzu edənlər www.hackday2016.barama.az saytından qeydiyyat anketini doldurmalı və verilən kiçik tapşırığı yerinə yetirməklə yarışmaya qoşula bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button