Gənc yazar özünü 17-ci mərtəbəsindən atdı

Bakıda intihar hadisəsi baş verib.

 

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış. Onların 1 övladı var.

 

xural.com-a daxil olan məlumatlara görə, Mövlud Mövlud müğənni Xurmar Qədimovanın bacısı oğludur, amma buna baxmayaraq, onların münasibəti heç bir zaman yaxşı olmayıb . Bundan başqa, mərhum çox istedadlı gənc olduğu üçün tanınmış yazar Günel Mövludun ləqəbi də Mövludun adından götürülüb.

Allah rəhmət eləsin!

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button