Gənclər şəhərin mərkəzində aksiya keçiriblər

Dekabrın 11-də Bakıda «Bizi dəm qazı ilə boğanlara etiraz» şüarı ilə aksiya keçirilib

«Dalğa» gənclər hərəkatının təşkil etdiyi aksiyada iştirakçılar tibbi maska geyinib və «Fəvvarələr» meydanından «Torqovı» kimi tanınan Nizami küçəsi ilə yürüş ediblər.

Hərəkatın fəalı Pərviz Əzimov AzadlıqRadiosuna bildirib ki, son vaxtlar dəm qazından ölənlərin sayı artıb: «Bunun bir səbəbi insanların təhlükəsizlik qaydalarına əməl etməməyidirsə, digər səbəbi də maye qazın keyfiyyətsiz olmasındadır. Biz bu aksiya ilə dövlətin diqqətini bu problemə yönəltmək istəyirik».

Aksiya iştirakçıları yürüş zamanı Bakı sakinlərinə də tibbi maskalar paylayıblar.

Ətrafda 10-dan çox polis əməkdaşı olsa da, aksiyaya müdaxilə olunmayıb.

Yerli mətbuatın məlumatına görə, son aylarda 10-dan çox adam dəm qazından boğulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button