Gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Heydər Əliyev prospekti30.04.2015

Aprelin 30-dan mayın 1-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Heydər Əliyev mərkəzinin qarşısından Böyükşor yol qovşağına (Koroğlu metrosu) qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, hərəkətin məhdudlaşması təmir işləri ilə əlaqədardır.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button