“…gedin mənim Anamın göz yaşlarına qurban olun”-“Quska”dan ilginc bayram təbriki

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Hüseyn Abdullayev Azərbaycan xalqının Novruz bayramını təbrik edib. Məşhur bəstəkarın özünün facebook səhifəsində paylaşdığı statusu olduğu kimi xural.com Oxucularına təqdim edirik:

 

“Novruz bayramınız mübarək, dostlar!

İstər Azərbaycanda, istərsə də onun hüdudlarından uzaqda yaşamağa məcbur qalan bütün soydaşlarımı təbrik edir, hər birine möhkəm cansağlığı və uğurlar diləyirəm. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, heç kim ümidsizliye qapılıb ruhdan düşməsin. Bəli, bu bir acı həqiqətdir ki, millətimiz mövcud rejimin ucbatından ən ağır və ən dözülməz şəraitdə yaşamağa məhkum edilib. Dərin iqtisadi böhran elə bir həddə çatıb ki, insanlar özlərinin adi ehtiyaclarını belə təmin etməkdə çətinlik çəkir, çarə yolunu isə ölkəmizi tərk etməkdə görürlər. Məsələnin başqa bir acınacaqlı tərəfi də ondadır ki, həmin bu vəziyyəti yaradan iqtidar nümayəndələri utanmadan və həyasızcasına qalxıb bizim ünvanımıza əsassız fikirlər söyləyir, hətta ”Vətən xaini” damğasını vurmağa belə cəsarət edirlər. Adamın bir mənliyi və şərəfi olar, düşmənçiliyi də edəndə, kişi kimi edər. Son günlər Əli Həsənovun nəzarətində olan televiziya kanalları, eləcə bir qrup satqın və pula görə hər murdarlığa gedən jurnalistlər mənə və vətənini məndən heç də az sevməyən mühacirlərə qarşı olmazın şər-böhtan təbliğatı aparırlar. Sənin necə dilin gəlir mənə vətən xaini deməyə, üstəlik məni anti-milli siyasət aparmaqda ittiham etməyə, ay Əli? Bəs niyə 90-cı illərin əvvəllərində mənim şirkətimdə ”Qapançı” işləyəndə və aybaay aldığın bol maaşla öz ailənin ehtiyaclarını təmin edəndə, mənə Vətən xaini demirdin? Görünür, sənin yaddaşın yenə pozulub. Axı prezident aparatındakı ilk kabinetinin təmiri, mebellərin alınması və bahalı kompüterlərlə təmin olunması məhz mənim köməyim nəticəsində həyata keçirilib. Nəinki sənə, sənin kimi digər mənim hesabıma əyinlərinə şalvar geyənlərin hamsına haram etmişəm. İnşallah, bir gün fitil-fitil burnunuzdan tökülər. Əgər öz ölkəsində hüquqi dövlətin qurulmasını tələb etmək və sözdə deyil, əməldə qanunun aliliyini üstün tutmaq və hər kəsin bərabər hüquqlara sahib olduğu demokratik bir quruluşu arzulamaq vətənə xəyanətdirsə, mən vətən xainiyəm.
Buradan Azərbaycanın despot rejiminə səslənirəm. Niyə Heydər Əliyevin ən ağır günlərində ona maliyyə dəstəyi verəndə, mənə vətən xaini və cinayətkar demirdiniz? Niyə quyruğunuz qapı arasında qalanda, mənə “qardaş” deyib, dördəlli sarılırdınız? Siz mənə və mənim ailəmə qarşı çox haqsızlıqlar və alçaqlıqlar etmisiniz. İlham Əliyev başda olmaqla sizin hamınız gedin mənim Anamın göz yaşlarına qurban olun. Yoxsa sizin başınıza elə bir oyun açardım ki, doğulduğunuza belə peşiman olardınız.

Bir daha əziz xalqımı bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, çıxış yolunu doğma yurdunu tərk etmək istəyənlərə isə “yad eldə yaşamaq sizə heç də asan gəlməsin” deyirəm. Çünkü bir insan qürbətə getməklə sadəcə ana yurdundan deyil, həm də onun illər boyu bizə bəxş etdiyi adət-ənənədən, böyüyüb boya-başa çatdığı isti atmosferdən, bayramlardan və digər qiymətli dəyərlərdən uzaq düşmək məcburiyyətində qalır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button