General məmur övladlarına qəzəbləndi – Tapşırıq

mirqafar-seyidovBu gün Dövlət Bayrağı Meydanında Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə sıra baxışı keçirən BPİ-nin rəisi, general-mayor Mirqafar Seyidov qayda pozan sürücülərə qarşı sərt və qətiyyətli mövqe nümayiş etdirmək üçün yol polisi əməkdaşlarına göstəriş verib. 

xural.com avtosfer.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən general bildirib ki, bəzi cinayətkar meylli insanlar, eləcə də, məmur övladları yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Bununla yanaşı, onlar bəzən yol polisi əməkdaşlarına qarşı kobudluğa da yol verirlər.
Mirqafar Seyidov bildirib ki, belə insanlara qarşı hər zaman qanun çərçivəsində tədbirlər görülüb. İdarə rəisi yol polisi əməkdaşlarına bu cür intizamsız sürücülərə qarşı sərt mübarizə aparılmasını tövsiyə edərək onları öz işlərində daha məsuliyyətli və qətiyyətli olmağa çağırıb:«Yol polisləri qaydaları kobud şəkildə pozan cinayətə meylli şəxslərə qarşı hər zaman hazırlıqlı olmalı və amansız mübarizə aparmalıdır. Yol hərəkəti qaydalarına əməl etmək hər kəsin borcudur».

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button