General Səhlab Bağırov:”Azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq”

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Çelsi” oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.

Xural.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təsdiqləyib:

“Cənab nazirin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək”.

S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.

Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçiriləcək. Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button