Gömrük generalları qarşıdurmada – ölkəyə qadağan olunmuş dərmanlar gətirilir

vusal

Dövlət Gömrük Komitəsində baş verən özbaşınalıq və qanunsuzluqlarla bağlı redaksiyamıza ŞOK doğuracaq məlumatlar daxil olub.

AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan şəxslər, konkret gömrük generalları Vüsal Novruzovla Səfər Mehdiyev arasında idxal monopoliyasına nəzarət etmək uğrunda gərginlik yaşanır. Belə ki, gömrük rəsmiləşdirilməsi olmadan ölkəyə daxil olan istehlak mallarına hansı generalın nəzarət etməsi məsələsi böyük qalmaqala səbəb olub. Gömrük Komitəsində baş verən biabırçılıqların mətbuata sızmasının səbəbini də mənbə Vüsal Novruzovla Səfər Mehdiyev arasında gedən mübarizə ilə əlaqələndirir.

Mənbə qadağan olunmuş dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı inanılmaz məlumatlar verərək bildirdi ki, Səhiyyə Nazirliyinin icazə vermədiyi dərmanlar gömrük və sərhəd məntəqələrindən heç bir maneə olmadan ölkəyə daxil olur. Bu işə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov birbaşa nəzarət edir. Gömrük Komitəsində aparılan yoxlamalardan sonra üzə çıxan bu məsələ Vüsal Novruzovu çətin vəziyyətə saldığı da bizə çatan məlumatlar sırasındadır.

Mənbə bildirir ki, çətin durumda olan Vüsal Novruzov Azərbaycanda qadağan olunmuş dərman preparatlarını hakimiyyətin yuxarı eşalonunda təmsil olunan şəxslərdən gələn tapşırıqla ölkəyə gətirdiyini deyərək vəziyyətdən çıxmağa çalışıb…

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dərman bazarında yaşanan dözülməz vəziyyətə müdaxilə edərək, dərmanların qiymətini xeyli ucuzlaşdırmağa nail oldu. Və prezidentin məlum çıxışında bildirilirdi ki, kimliyindən asılı olmayaraq ölkədə keyfiyyətsiz və bahalı dərman satan şəxslər həbs ediləcək. Görünür, prezident İlham Əliyevin məlum çıxışı Vüsal Novruzovun qulaqlarına hələ də çatmayıb…

Mənbənin qadağan olunmuş dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı verdiyi inanılmaz informasiyaları araşdırmaqdayıq…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button