Gömrük Komitəsinin üç idarə rəisi işdən çıxarıldı

DGKDövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar olub.

DGK sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb.

DGK-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir.

Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır (bu kəndin ən məşhur sakinlərindən biri olan iş adamı Hacı İbrahim Nehrəmli də bu gün saxlanılıb).

Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin rəsmi açıqlaması hələlik verilməyib.

Komitədən APA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüblər.

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button