«Google»ın keçmiş baş direktoruna Pentaqonda vəzifə verildi

Erik Shmit

«Google»ın keçmiş baş direktoru, «Alphabet» şirkətinin rəhbəri Erik Şmidtə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) vəzifə verilib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı CNN kanalı yayıb.

Məlumata görə, Müdafiə naziri Eşton Karter Şmidti Müdafiə İnnovasiyaları üzrə Məsləhət Şurasına rəhbər təyin edib. Şmidtlə yanaşı, Şurada nəhəng şirkətləri və ictimai qurumları təmsil edən daha 12 nəfər var.

Məsləhət Şurasının üzvləri Pentanqonu ən müasir texonoloji ideyalar barədə məlumatlandıracaq və onların tətbiqini təmin edəcək. Şmidtin və Şura üzvlərinin ABŞ-ın hərbi fəaliyyətlərlə bağlı informasiyalarına çıxış imkanı olmayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button