Goranboya yağan güclü yağış maşınların hərəkətində problem yaradıb – FOTO

Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

“Report”un Qərb bürosunun məlumatına görə, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button