Gözəl Bayramlının həbsinə Tale Bağırzadədən etiraz

“Hakimiyyət əsirlikdəki qadınlarımızı xilas etməkdənsə, özü Gözəl xanımı əsir götürdü”

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibət bildirib. Taleh Bağırzadə bu həbsi “hakimiyyətin mübariz Azərbaycan qadınını girov götürməsi” kimi qiymətləndirib.
“Yenə Azərbaycan hakimiyyəti qırmızı xətti keçdi. Bundan əvvəl Nigar Yaqublu, Leyla Yunus və Xədicə İsmayıl həbs olunmuşdu.
Azərbaycan hakimiyyəti Qarabağda hələ də əsirlikdə qalan Azərbaycan qadınlarını, namusumuzu erməni işğalçılarından xilas etməkdənsə, ölkəmizdəki mübariz qadın nümunələrindən biri olan Gözəl xanımı özü əsir götürdü.
Hesab edirəm ki, Gözəl Bayramlının həbsi Azərbaycan insanlarının hakimiyyətə qarşı dirənişini daha da gücləndirəcək.
Gözəl xanım təkcə adı ilə deyil, həm də fədakarlığı ilə siyasətə, mübarizəyə gözəllik qatıb. Onun həbsi zülmə, rejimə qarşı mübarizəni daha da gözəlləşdirəcək.
Biz sizinlə qürur duyuruq, Gözəl xanım!”, – Taleh Bağırzadənin açıqlamasında bildirilir.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button