Gözəl Bayramlı həbsxanadan cəbhəçilərə təbrik göndərib

AXCP sədrinin müavini Gözəl Bayramlı həbsxanadan təmsil olunduğu partiyanın 28 illiyi münasibətilə təbrik ünvanlayıb. Bu barədə bu gün onunla görüşən vəkili  Zibeydə Zəkəriyyəyeva məlumat verib. Gözəl Bayramlı vəkili vasitəsi ilə hamıya salam göndərib və bütün mübarizə insanlarına AXC(P)-nin 28 illiyi ilə bağlı təbriklərini çatdırıb.
“Sədrimiz Əli bəy başda olmaqla, bütün əqidədaşlarımı, mübarizə insanlarını AXC(P)-nin 28 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bu müqəddəs yolda indiyə qədər dünyasını dəyişmiş insanlarımıza Allahdan rəhmət diləyir, hazırda mübarizə yolunda addımlayanlara sevgilərimi yollayıram. AXCP böyük bir tarixdir, bir vətənpərvərlik salnaməsidir. Əminəm ki, bu tarixdə imzası olan ləyaqətli insanların əməyi hədər getməyəcək, bir gün bu ölkənin insanları da haqq etdiyi gözəl günlərə qovuşacaq. Biz bu davada ilk gündən necə varıqsa, sona qədər də elə var olacağıq. Böyük mübarizə adamı, mərhum liderimiz Əbülfəz Elçibəyin dediyi kimi “Azərbaycana müstəqilliyi biz gətirdik, demokratiyanı da biz gətirəcəyik!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button