Gözəl Bayramlının həbsindən apellyasiya şikayəti verilib

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən, onun 25 mayda gömrük məntəqəsində saxlanılmasından, onunla qeyri-insani rəftar edilməsindən şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Bu barədə G.Bayramlının vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, həmin şikayətə sabah və ya birisigün baxılması gözlənilir.
G.Bayramlının yaşadığı və qeydiyyatda olduğu evdə axtarışın aparılmasının qeyri-qanuni olduğu ilə bağlı da şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button