Gözdən əlilin fəryadı

Ucar rayonunun Alpout kənd sakini, gözdən əlil Pərviz İsmayılov rekasiyamıza məktub ünvanlayıb. Xural.com məktubu olduğu kimi dərc edir:

 

Ailədə gələcəyin 2 əsgəri “böyüyür…”

Dəyərli dostlar, mən İsmayılov Pərviz Məzahir oğlu Ucar rayonunun Alpout kəndində dünyaya göz açmışam.
7 yaşında bir ehtiyatsızlıqdan sağ gözümü itirmişəm… İmkansız valideynlərimin gözümün müalicəsinə etdiyi cəhdlər boşa çıxdı. İllər keçdi, ailə qurdum. Hazırda 2 azyaşlı – 1 yaş və 6 yaşlı oğul övladlarım var. 3-cü qrup əlilliyə görə 47 manat pensiya alırdım. Prezidentin son “humanist” qərarından sonra pensiyam artaraq 52 manat oldu…
Deyildiyi kimi, mən ölkədəki “analoqsuz” inkişafı, həyatımda rifahı görmür və hiss etmirəm… Çox istərdim, yaşlı valideynlərimə də kömək edim. Çox təəssüflər olsun ki, ailəmizdə tək anam 65 manat pensiya alır, onu da hər ay nəvələrinə göndərir…
6 il öncə ağır yaşayış tərzinə dözməyib, canımdan artıq sevdiyim Alpout kəndini tərk edərək Bakıətrafı qəsəbələrindən biri – Biləcəridə məskunlaşdım. Pensiyamın azlığından, kənddə iş olmadığından, şəraitsizlikdən öz doğma kəndimdən didərgin düşdüm…
Hazırda mən də məmur vicdansızlığı ucbatından məcburi köçkün həyatı yaşayıram… Tikintilərdə günəmuzd işləyirəm. İş tapa bildiyim günlərdə 7-10 manat qazanıram.
Oftolmoloji müayinə zamanı məlum oldu ki, sol gözüm də zəifləyərək görmə qabiliyyətim 70%-ə düşüb. Dəfələrlə Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinə, pensiyamın azlığı ilə bağlı müraciətlərim nətizəsiz qalıb. Əslində mənə 2-ci qrup əlillik dərəcəsi təyin olunmalıdır. “İmkansız”lıqdan 2-ci qrup əlilliyimi ala bilmirəm.
Hər ay 52 manat pensiyamı alarkən özümü təhqir olunmuş hesab edirəm. Bütün məhrumiyyətlərə, acılara dözərdim… Ailəmdə böyüyən 2 oğul övladımı sağlam əsgər kimi görmək istəyirəm…

Hörmətli media qurumları, vəziyyətimlə bağlı ölkə prezidenti İlham Əliyevi məlumatlandırmanızı hər birinizdən xahiş edirəm.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button