GÜLƏR ƏHMƏDOVA İSTEFAYA GEDİR

27.09.2012

Millət vəkili Gülər Əhmədova məlum video çəkiliş qalmaqalından sonra çıxılmaz vəziyyətə düşüb. PAT.AZ-a daxil olan məlumata görə, artıq aparılan çəkilişin montaj olmadığı təsdiqlənməkdədir və belə olan halda deputat bir başa məsuliyyət daşıyır. Digər tərəfədn millət vəkili ilə bağlı bu çəkiliş təmsil olunduğu YAP-in nüfuzuna ağır zərbədir. Bunu da xatırladaq ki, qarşıdan prezident seçkiləri gəlir və bu olay hakimiyyətin nüfuzuna ağır zərbə olacaq. Artıq müxalifətin bununla bağlı verdiyi bəyanatlarda bu fikri təsdiqləyir. Bütün bunları nəzərə alan Prezident Admnistrasiyası rəhbərliyindən Gülər Əhmədovaya təlimat verilib. Təlimata əsasən millət vəkili mətbuta rəsmi açıqlama verəcək. Açıqlamada millət vəkili bir daha bunun montaj olduğunu bəyan edəcək. Həmçinin bildirəcək ki, bu olay hakim YAP-in nüfuzuna zərbə vurduğu üçün könüllü olaraq YAP sıralarından istefa verir və deputatlıq mandatından imtina edir. Qeyd edilir ki, hazırda bundan başqa çıxış yolu yoxdur.

http://hurriyyet.net/2012/09/sok-gul%C9%99r-%C9%99hm%C9%99dova-istefaya-gedir/

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button