Gülər Əhmədova kimin nəzarətindədir?

04.01.2013

Bu gün sabiq deputat Gülər Əhmədova ev dustağı olması barədə mətbuata açıqlama verib. O hazırkı vəziyyətini belə şərh edib: “Mən hər gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm”. 

Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sözügedən məlumat təkzib edib: “Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.
Bu dəqiqələrdə isə “Qafqazinfo”ya Hüquq Mühafizə Orqanlarından Gülər Əhmədova ilə bağlı özəl məlumat daxil olub. Məlumata görə Gülər Əhmədovanın ev dustağı olması xəbərində anlaşılmazlıq var. Belə ki, Gülər Əhmədova ev dustağı deyil, o, prokurorluğun qərarı ilə sadəcə polis nəzarətinə götürülüb. Çünki qanuna görə ev dustaqlığı yalnız məhkəmə qərarı ilə müəyyənləşdirilir.
Polis nəzarəti isə Baş Prokurorluğun qərarı ilə həyat keçirilir ki, bu da istintaq altında olan şəxslərə şamil olunur. Sabiq millət vəkili Gülər Əhmədova da məhz bu səbəbdən polis nəzarətindədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button