Gülər Əhmədova Sevinc Babayevadan Ə.Zeynallının məhkəməsində də “istifadə edib”…(Video)

02.01.2013

Sabiq deputat Gülər Əhmədovanın şər və böhtanları ilə həbs olunan “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində 02.07.2012 tarixində keçirilən məhkəmə prosesində G.Əhmədova qismində birinci dəfə (AR CPM-nın tələblərinə görə, G.Əhmədovanı məhkəmədə müdafiə tərəfi olaraq Ə.Zeynallı və vəkilləri dindirməli idi. Ancaq sabiq deputat məhkəməni və qanunları heçə sayaraq şahid qismində məhkəmənin sonrakı proseslərində ifadə verməkdən imtina edib. Bu isə CM-nin 298-ci maddəsinə görə, Gülər Əhmədova haqqında cinayət məsuliyyəti yaradır) şahid qismində ifadə verəndə Gülər Əhmədovanı o məhkəmədə kimlər müşayət edib?

“Mandat alveri” serialının əsas şahidlərindən biri olan, bu günlər müəmmalı ölümü ilə hamını heyrətləndirən Sevinc Babayeva da həmin məhkəmədə Gülər Əhmədovanın çox yaxın rəfiqəsi kimi iştirak edib. Məhkəmə zalından Ə.Zeynallı da daxil olmaqla hamıya qarşı təhqiramiz ifadələr işlədən S.Babayevanın kimliyi ilə maraqlanarkən, o özünü hakimiyyət qəzetlərindən birinin baş redaktoru və “Gülər xanımın pərəstişkarlarından biri” kimi təqdim edib. Məhkəmə zalında çəkilişlərin aparılmasına qadağa qoyulsa da, BACM-nin giriş qapısındakı görüntülər reportyorlar tərəfindən lentə alınıb.

Videoda giriş qapısının yanında deyilən sözlərə diqqət edin. Hələ 02.07.2012-ci il tarixində, Gülər Əhmədovanın bu məhkəmədə at oynatdığı vaxtlarda, “bunların özü haqqında cinayət işi açılmalıdır. Məgər bu günün sabahı yoxdur?” ifadəsi işlədilir və Sevinc Babayeva da bu sözlərdən narahat kimi görünür.
Hazırda təqdim etdiyimiz videogörüntülərdə S.Babayeva da daxil olmaqla Gülər Əhmədovanın “qoçular”ı tam tərkibdədirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button