Gülər Əhmədova Sevinc Babayevanın oğlu ilə danışıqlara başladı

Rüxsarə Axundova

04.01.2013

Ayxan Məmmədov vasitəçi xanıma “yox” dedi

Saytımıza bu dəqiqələrdə daxil olan məlumata görə sabiq millət vəkili Gülər Əhmədova mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovla danışıqlara başlayıb. Sabiq millət vəkili Ayxan Məmmədovun susacağı təqdirdə onunla “bazarlığa” gedə biləcəyini ifadə edib.

Savash.infonu məlumatlandıran mənbənin bildirdiyinə görə Sevinc Babayevanın oğlu ilə danışıqları Gülər Əhmədova ilə mərhum Sevinc Babayevanın ortaq rəfiqəsi  aparır.

Bununla belə Ayxan Məmmədov onunla danışığa gələn həmin xanıma “yox” cavabı verərək, “anamın ölümünə görə Gülər cavab verməlidir” deyib. (savash.info)

XuralTAC-ın özəl mənbələrdən aldığı məlumata əsasən, həmin xanım G.Əhmədovanın yaxın rəfiqəsi, hazırda hüquq-mühafizə orqanlarında məsul vəzifələrdən birini yerinə yetirən Rüxsarə Axundovadır.

Xatırladaq ki, Rüxsarə Axundova Əvəz Zeynallının məhkəməsinə Gülər Əhmədovanın şahidi qismində qatılaraq, G.Əhmədova ilə uzun illərdir ki, ailəvi dost olduğunu, uşaqlarının bir yerdə böyüdüyünü, bir sözlə, sirrlərinin-söhbətlərinin bir olduğunu demişdi və dediklərini də onunla əsaslandırmışdı ki, Ə.Zeynallının guya G.Əhmədovadan hədə-qorxu yolu ilə rüşvət tələb etməsi “fakt”ını ilk olaraq ona söyləmiş və yaxın rəfiqəsindən məsləhət istəmişdi.  Ə.Zeynallı elə məhkəmədəcə şahid qismində ifadə verən Rüxsarə Axundovaya “üzəduranlıq sizin peşəniz imiş, amma mən sizə bir qadın kimi hörmət edirdim…” demişdi. Hazırkı məsələdə də Rüxsarə Axundovanın vasitəçi rolu oynaması təəcüblü hal deyil. Çünki bu cür üsullardan Rüxsarə Axundova Ə.Zeynallı hadisəsindən sonra artıq ikinci dəfədir ki, məşğul olur.

Redaksiyadan: Məlumatda adı çəkilən Rüxsarə Axundova ilə əlaqə saxlamaq cəhdləri baş tutmadığından, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button