Güləşçimiz erməni rəqibini məblub etdi
Azərbaycanlı güləşçi Yaşar Əliyev erməni rəqibi Qarik Barseqyanı ¼ finalda məğlub edib
Avropa Oyunlarının 6-cı günündə kişilər arasında sərbəst güləş üzrə yarışları keçirilir. Yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
xural.com -un verdiyi xəbərə görə, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. Görüş Yaşar Əliyevin 10:6 hesablı qələbəsi ilə bitib və o, yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni asanlıqla – 9:4 hesabı ilə məğlub edib. Bundan sonra o, fransalı rəqibinin hücumuna məruz qalıb.
Qeyd edək ki, təmsilçimizin 9-4 hesablı qələbəsi ilə barışmayan rəqibi oyun bitən kimi Yaşarın üzərinə hücum çəkib. Hakim idmançını sakitləşdirib.
Daha sonra fransız idmançını azarkeşlər etiraz əlaməti olaraq, fitə basıb.