“Günəşli” faciəsindən görüntü – FOTO

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə ilə bağlı maraqlı foto yayılıb. Lent.az-ın məlumatına görə, qəzadan sonra təxliyyə edilərək xəstəxanaya yerləşdirilən Bəhruz Babayev adlı neftçi hadisədən sonra qayığın içindən çəkilmiş fotonu paylaşıb. B.Babayevin yaydığı fotodan görünür ki, bir qrup neftçi qayığın içində oturub xilas edilmələrini gözləyir.
Qeyd edək ki, 10 saylı dərin dəniz özülündəki hadisədən sonra neftçilər 2 qayıq vasitəsi ilə xilas olmağa çalışıblar. Qayıqlardan biri havadan asılı vəziyyətdə qalıb və onun içindəki neftçilərin hamısı xilas ola bilib. Digər qayığı isə güclü dalğalar özülə çırparaq qırıb və onun içindəki neftçilərin hamısı dənizə düşüb.
Hazırda dənizdə itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir.
Qəzadan sonra təxliyyə edilən neftçilərdən biri qayığın içindən çəkilmiş fotonu paylaşıb:

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button