Günahkar tapıldı – Dəhşətli yanğına görə “JEK” müdiri günahkarmış…

yangin 1Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması ilə bağlı 100-dən artıq adam dindirilib. Bu barədə dünən Baş Prokuror Zakir Qaralov məlumat verdi. Ancaq istintaq sirri olduğu üçün dindirilənlərin kimliyi açıqlanmadı.

Məlumata görə, yanmış bina ilə bağlı 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (“JEK”) rəisi Nizami Orucov həbs edilib.  Bildirilir ki, sözügedən binaya həmin “JEK” məsuldur.

Qeyd edək ki, dünəndən bəri bəzi KİV-lərdə hadisənin əsas səbəbi kimi binanın yaxınlığında zibilin yanması və alovun ordan yayıldığı göstərilir.

Bu məsələ “JEK” rəisinin həbs olunması, yoxsa əsl təqsirkarların məsuliyyətdən kənarda saxlanmasıı üçünmü  gündəmə gətirilir, bunu demək çətindir.

Modern.az saytı “JEK” rəhbərinin həbs olunması xəbərini dəqiqləşdirməyə çalışıb.

Amma dünəndən bəri onun telefon nömrəsinə zəng çatmır.

72 saylı Mənzil-Kommunal İstismar Sahəsindən saytımıza bildiriblər ki, “JEK” müdiri bu gün işə gəlməyib.

Məsələni dəqiqləşdirmək üçün 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəis müavini Namiq Qarayevlə əlaqə saxladıq.

O, məsələ ilə bağlı nəinki açıqlama verdi, hətta əsəbləşərək, bir daha ona zəng vurmamığı tələb etdi və  telefonu qapatdı.

Modern.az  məsələ ilə bağlı nə Binəqədi Rayon İcra Hakimiyyətindən, nə də Binəqədi rayon Polis Şöbəsindən məlumat ala bilməyib.

Əlaqəli məqalələr

2 şərh

  1. “İstintaq sirri ” bu nə olan şeydi? bu iki kəlmə altında min oyunsan çıxırsınız . Yüzünü gözü yaşlı qoyursunuz. Sonda birimizi qulaqlayıb analizinizdən ya “narkaman” ya da “cani” düzəldirsiniz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button