“GÜNDƏM XƏBƏR”İN TƏSİSÇİSİ 3 İL ŞƏRTİ CƏZA ALIB -VİDEO

21.05.201367777777777777777

Mayın 20-də Gəncənin Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə əsasən ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəmə prosesi keçirilib. Prosesdə müdafiə tərəfin çıxışları dinlənilib. Şirin Cəfəri qəzetin tirajı, nüsxəsi, maaşlar və digər bu kimi məslələrə aid sualları cavablandırıb və məhkəmədən obyektiv qərar çıxarılmasını istəyib. Dövlət ittihamçısı mayın 13-də olduğu kimi jurnalist barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Hakim Şirin Cəfərinin 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar verib. Qeyd edək ki, Şirin Cəfəri 68.244 manat məbləğində vəsaiti vergidən yayındırmaqda ittiham olunurdu. Onun 107 min manat cərimə ödəməsi tələb edilirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button