Günün qoroskopu – 10 mart

QOÇ – Astroloji göstəricilər qismən gərgin gün yaşayacağınızı bəyan edir. Hər hansı mübahisəyə, riskli iş və sövdələşmələrə “yox” deməlisiniz. Xətakar insanlardan uzaq olun.

BUĞA – Ağıllı addımlarınız ətrafda hər şeyin xeyrinizə dəyişəcəyinə təkan verməkdədir. Bu isə gün ərzində fəaliyyətlə bağlı uğurlarınızın start götürməsinə imkan yaradacaq.

ƏKİZLƏR – Yaxşı olar ki, bütün vacib işlərinizi bu gün başa çatdırasınız. Ən azı ona görə ki, sonrakı günlərdə buna imkan tapmayacaqsınız. Özünüzü hər addımda bədxahlardan qorumağa çalışın.

XƏRÇƏNG – Astroloji göstəricilərə görə, qarşınızda anlaşılmaz bir gün dayanıb. Odur ki, bu tarixdə qeyri-ənənəvi işlərə aludə olmamalı, sabitliyinizi təmin etməlisiniz. Səhhətinizi qoruyun.

ŞİR – Sutka ərzində bürcünüzdə bərqərar olan Ay sizə ümumi gərginlik vəd edir. Bu isə hər addımda daha da ehtiyatlı davranmağınızı tələb edir. Yeni təkliflərə razılıq verməyin.

QIZ – Bu gün özünüzü olduqca ciddi aparmalısınız. Çünki istənilən xırda zarafat münaqişəyə səbəb ola bilər. İmkanlı adamlar vasitəsilə problemlərinizi aradan qaldırmağa çalışın.

TƏRƏZİ – Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərginlik sizdən əl çəkməyəcək. Şəxsi büdcənizin qayğısına qalmağa çalışın.

ƏQRƏB – Daxili gərginliyiniz günorta saatlarından etibarən aradan qalxmağa başlayacaq. Bu isə nəzərdə tutduğunuz planların icrasını sürətləndirəcək. Amma sözünüzün ağası olmağı da bacarın.

OXATAN – Ümumi ovqatınız yüksək olduğundan xırda gərginliklər gözünüzə görünməyəcək. Amma mistik düşüncələrə də qapılmaq olmaz. Başınızın üstündə yalnız Tanrı qüdrətini hiss edin.

OĞLAQ – Qarşınızda duran vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. İndi nüfuzunuzu artırmaq üçün imkanlarınız genişdir. İşdən sonra yaxınlıqda yaşayan ünvanlara qonaq getmək olar.

SUTÖKƏN – Naharaqədərki süstlüyünüzü nəzərə almasaq, qalan müddətdə işləriniz qaydasında gedəcək. İndi siz puldan daha çox münasibətləri tənzimləməyə səy göstərməlisiniz. Digər işlər düzələndir.

BALIQLAR – Bəxtinizə təzadlı gün çıxıb. Belə ki, nahara qədər qarşılaşacağınız uğurlar sonrakı müddətdə tamamilə əks istiqamətə yönələ bilər. Odur ki, yalnız günün birinci yarısında aktiv olmalısınız.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button