Gürcüstan Muxtarlının xanımı və körpəsinə mühafizəçi ayırıb

“Leyla Mustafayeva və onun azyaşlı körpəsinə mühafizəçi təyin edilib”, – bu barədə jurnalistlərə Əfqan Muxtarlının vəkili Arçil Çopikaşvili məlumat verib.

“Leyla xanım və onun azyaşlı körpəsinə mühafizəçi təyin edilməsi barədə qərar qəbul edilib. İş üzrə şahidlərin mühafizəsi ilə bağlı məsələ də müzakirə ediləcək və sonra bu barədə bizə məlumat veriləcək”, – Arçil Çopikaşvili deyib.

Köhnə Tbilisi rayonunun 1 saylı polis şöbəsində Leyla Mustafayeva və onun vəkilinin şöbə təmsilçiləri ilə söhbəti 2 saata yaxın davam edib. Mustafayeva və onun vəkilinin açıqlamasına görə, söhbətin əsas mövzusu Əfqan Muxtarlının ailəsi və iş üzrə şahidlərin təhlükəsizliyi olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button