Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər

Алекси Петриашвили

Gürcüstanın Avropa məsələləri və avrointeqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşviliyə hücum olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik naməlum şəxslərin Petriaşviliyə yaxınlaşaraq, onu təhqir etdiklərini, daha sonra isə hər iki ayağından güllə ilə vuraraq qaçdıqlarını bildirib.

Petriaşvili hücuma məruz qalan zaman üç dostu ilə bərabər mərhum diplomat Levan Mikeladzenin məzarı üstündə olub. 

Qeyd edək ki, Petriaşvili həm də Gürcüstanın üçüncü ən böyük partiyası hesab edilən Azad Demokratların liderlərindən biridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button