Gürcüstanın qadın müdafiə naziri: “Mənim üçün əsas hərbi geyim deyil…”

müdafiə naziri Tina Xidaşeli04.05.2015
Müdafiə naziri mülki sektordan orduya xidmət etməyi bacarmalı və əsgər olmamalıdır. Musavat.com gürcü informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın yeni, qadın müdafiə naziri Tina Xidaşeli bildirib. 
“Əgər sən siyasətdəsənsə, o zaman hər şeyə hazır olmalısan. Mənim vəzifələrimdən biri az öncə başlamış çox mühüm bir prosesi –  Müdafiə Nazirliyi ilə Baş Qərargahın, yəni mülki və hərbi sefraların ayrılması prosesini başa çatdırmaqdır” – deyib nazir.
“Düşünürəm ki, bizim NATO-ya, digər beynəlxalq strukturlara üzvlüyümüzün tələb elədiyi standartlara keçməliyik. Aydındır ki, bəzən məni hərbi formada görə biləcəksiniz. Ancaq bu, müdafiə naziri üçün əsas deyil” – əlavə edib Xidaşeli.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button