“Güzgülərdə tanımazsan gözünü”-ŞEİR

Bahar Zamanova

 

Yavaş-yavaş

 

Yavaş-yavaş alışarsan təkliyə,
Yavaş- yavaş cəkilərsən özünə.
Yavaş-yavaş bəhanələr taparsan,
Getməməkçün bir kəlmə “gəl” sözünə.

Yavaş-yavaş anlayarsan ananı,
Haqq verərsən gedişinə – düz edib!
Yavaş-yavaş bagışlarsan atanı,
Əcəb edib… ürəyini köz edib!

Yavaş-yavaş axtararsan özünü,
Pəncərədən baxan yerdə taparsan.
Ömrü boyu tapmadığın sevgini,
Sən qapıdan çıxan yerdə taparsan…

Yavaş-yavaş dodaqların yadlaşar,
Güzgülərdə tanımazsan gözünü.
Sanki ömür dəftəridi yazılıb,
Nə vaxt basıb bu qırışlar üzünü…

Yavaş-yavaş ciyərindən küsərsən,
Tüstüləyər gecə-gündüz his edər.
Düşmüsənsə sən allahın gözündən,
Nə edərsə ondan sonra pis edər…

Yavaş-yavaş alışarsan içkiyə,
Ölənəcən içsən yenə keyitməz.
Danlamışam gecə-gündüz gözümü,
Daha bir də heç kimsəni böyütməz…

Yavaş-yavaş bagışlayıb hamını,
Bagışlanmaz günahlardan keçərsən.
İki yol var – birində gedər gəlməz,
Hamı gedər …sən gəlməzi seçərsən.

Yavaş-yavaş bitər oyun, Balaca,
Sən bu ömrü uduzursan.. qəm yemə.
Yavaş-yavaş bilərsən ki, uduzmaq,
Qazanmaqdan cətin imiş sən demə…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button