Həbsdə olan jurnalist vəkil istəyir

abuzər cəfərov

Həbsdə olan müstəqil jurnalist Abuzər Cəfərli Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Bu barədə məlumatı onun ailə üzvləri “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına bildiriblər. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansından xural.com-a daxil olan məlumata görə, Abuzər Cəfərov müraciətində qanunsuz həbs edildiyini, özünü təqsirli bilmədiyini, şərlənərək həbs olunduğunu bildirib. Ötən 7 ayda həbsi ilə bağlı lazımi istintaq hərəkətləri aparılmadığını, ibtidai istintaqın qeyri-müəyyən müddətə uzadıldığından narahatlığını bildirən Abuzər Cəfərli bununla bağlı dəfələrlə respublika baş prokurorluğuna və Bakı şəhər prokurorluğuna müraciət etsə də, müraciətləri nəticəsiz qalıb. O, hazırda vəkili olmadığından hüquqlarını lazımi səviyyədə müdafiə edə bimədiyini bildirib. Əslən Ağdam bölgəsindən olan jurnalist öz müraciətində maddi durumunun ağır olduğunu əsas gətirərək indiyə qədər özünə vəkil tuta bilmədiyini qeyd edib, Mətbuat Şurasının sədrindən onun vəkillə təmin olunmasına yardımçı olmasını xahiş edib.

Xatırladaq ki, Abuzər Cəfərli 2015-ci ilin sentyabr ayında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı cinayət məcəlləsinin 178.2-ci maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmir, həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button