Həbsdəki bankir Maliyyə nazirinə savaş açdı: “Həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx təmasdadır”

cahagir-samir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib.

C.Hacıyevin yaxınları tərəfindən “Report”a təqim olunan müraciətdə deyilir: “Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə, Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub. İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də Fitch kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orada verilən istənilən kredit portfeli tam təminatlı olub”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button