Hər gün 100.000 manat xərcləyən məmur

Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu Professor Qulu Məhərrəmli-Arif Alışanov davasından yazıb. Ə.Əhmədoğlunun yazdığına görə, Az TV-nin sədri Arif Alışanov televiziyanın imkanlarından özünün şəxsi məqsədləri naminə istifadə edir. xural.com Ə.Əhmədoğlunun facebook statusunu olduğu kimi təqdim edir:

“İllərdir dövlət büdcəsindən hər gün üçün 100 min manat vəsait alıb “xərcləyən”, amma faydalılıq əmsalı sıfır olan, heç bir hesabat verməyən Az TV-nin rəhbəri bu “mərifətini” tənqid edən hörmətli Jurnalist, Professor Qulu Məhərrəmlini məhkəməyə verib həm həbs edilməsini, həm də yüksək miqdarda cərimələnməsini tələb etməsi azmış kimi, indi yeni “mərifətlərini” göstərir. Dövlətin – dolaysı ilə biz xalqın pulları ilə mövcud olub fəaliyyət göstərən Az TV-ni şəxsi eqosunu təmin etmək məqsədi ilə çirkin şəkildə istifadə edir. Məhkəməyə təsir göstərmək üçün, tərəf olduğunu “unudaraq”, əmrində olan televiziyanı məhkəmənin gedişində önəmli nəticəyə səbəb olacaq ekspertizaya təsir etmək üçün istifadə edir. Alışanovun dövlət televiziyasını şəxsi məqsədləri üçün istifadə etməsi ciddi qanun pozuntusudur. Artıq bu, ikinci dəfədir baş verir və buna “DUR” deyən təəssüf ki, yoxdur. Daha öncə də Qulu Məhərrəmlinin əleyhinə 3 saatlıq bir böhtan və təhqir kampaniyası aparmış, TV-də çalışan insanların inzibati asılılığından istifadə edərək Konstitusiyanın 47-ci maddəsinin II bəndini – “Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz” – kobud şəkildə pozmuşdu. Amma buna baxmayaraq, onun antikonstitusion davranışı hüquqi qiymətini almadı. Yenidən Televiziyanın maddi-texniki bazasının şəxsi mənfəət üçün istifadə edilməsi birbaşa korrupsiya elementidir. Ayrıca, məhkəmənin tərəfsizliyi prinsipinə media vasitəsi ilə basqı qurmaq, məhkəməyə, hakimlərə, ekspertlərə təzyiq edib, onların düşüncələrini bəri başdan ipoteka altına almaqdır. Dilçilik İnstitutunun əməkdaşlarının zorla fikirlərini açıqlamağa zorlanması təkrar Konstitusiyanın 47-ci maddəsini kobud şəkildə pozmaqdır və məsuliyyət yaradan əməldir. Bu məsələ dərhal hüquqi qiymətini almalı, biriləri bu məmuru – hər gün 100 min manat xərcləyən məmuru durdurmalıdır. Hansı ölkədə Media Professoru fikirlərini açıqladığına, yaramaz və yarıtmaz idareətməni tənqid etdiyi fikirlərə görə, cinayət ittihamı ilə mühakimə olunarsa, nə ölkənin hökumətinə, nə də hüquq sisteminə sayğı olmaz. Bu komediya dərhal dayandırılmalıdır və bu məmurun şəffaf hesab verməsi tələb edilməlidir.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button