”Hər gün Allaha yalvarırıq ki, səhərə sağ çıxaq” – VİDEO

meydan

Köçkünlərin məskunlaşdığı 9 mərtəbəli yataqxananın qarşısında hasar tikilir. 92-ci ildən burada məskunlaşan sakinlər isə hasarın tikilməsinə etiraz edirlər. Onların sözlərinə görə, yeni evlərə köçürəcəklərinə söz veriblər. İndi isə hasarı tikib, binanı fasadlayıb, gözəl görünüş yaratmaq istəyirlər. Bu gözəl görünüşün arxasındakı həyatlarından xəbərsiz kimi.

Məcburi köçkünlər deyir ki, illərdir burada rütubətin içində yaşayırlar. Yağış yağanda evlərinin içinə damır. Bu yaşayışdan övladları da xəstəlik tapır.

Bu binanın hətta damında da yaşayış var. Təkcə binanın qarşısı hasarlanmır, damda da təmir işləri aparılır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratmağa cəhd etdik. Qurumdan Nəsimi Rayon İcra Hakimiyyətinə zəng etməli olduğumuzu bildirdilər. Rayon İcra Hakimiyyətinə edilən çoxsaylı zəngləri isə cavablandıran olmadı. Buna görə də təkrar  Bakı Şəhər İcra Hakimiyyətinə zəng vurub, Memarlıq və Şəhəralma İdarəsinə bağlamağı xahiş etdik. Aldığımız cavab bu oldu:

“Sakinlər ərizə ilə şikayətlərini bildirsinlər. Siz jurnalistsiniz, bu işlərə qarışmayın.”

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button