Hərbi hissə komandiri susur, bölük komandiri susur, Müdafiə Nazirliyi susur…

Jurnalist Esmira Cavadova ev alan jurnalistlərə müraciət edib:

“Əziz mənzil alan jurnlasitlər. Buyurun, bu yazını işlədiyiniz saytda dərc edin. Neçə gündür dərc etdirmək üçün ağız açmadığım sayt qalmayıb, hec kəs qorxusundan yaxın qoymur ki, Müdafiıə Nazirliyindən belə yazılar yazmağa qadağa qoyublar. Buyurun, görüm hünəri çatıb çap eləyən neçə nəfərdir? Bu yaralı əsgər hələ də hospitaldadır, ailəsi də hospitalın qapısında gecələyir.

“Hazırda Papanindəki Hərbi hospitaldadır. Başından gülləylə atəş açıblar, vəziyyəti ağırdır, tək deyil, onunla birlikdə əsgər yoldaşını da gətiriblər. Onu da sinəsindən gülləylə yaralayıblar, ikisi də reanimasiyada komadadırlar.

Bunu AzadlıqRadiosu-na hazırda Mərkəzi Hərbi Klinik Hospitalın reanimasiya şöbəsində komada olan əsgər Nahid Soltanovun qardaşı Elçin Soltanov deyir.

Elçin Soltanov deyir, qardaşı Nahid Soltanov 13 aydır ki, Ağdamdakı N saylı hərbi hissədə qulluq edir. İyulun 14-də axşam saatlarında ailəyə onun yaralanması barədə məlumat verilib:

“Çıxarıblar Sarcalı hospitalına, iki dəfə əməliyyat ediblər, ordan da gətiriblər Papanindəki Mərkəzi hospitala. Qardaşımın da, onunla birlikdə yaralanan digər əsgərin də vəziyyəti ağırdır. Həkimlər deyir, “bizdə bu əsgərlərin əməliyyatı üçün normal aparatlar yoxdur. Qardaşım idmanla məşğul olurdu, boksçu idi, həkim deyir, “əslində ürəyi sağlam olduğu üçün ölməyib, yoxsa çoxdan ölərdi. Başın sağ yarımkürəsi yerində yoxdur, həkim deyir, gedin, əliniz göydə olsun, yaralıya Allahdan ömür istəyin, biz əlimizdən gələni etmişik, ancaq yaşamasına güman azdır”.

Əsgərin ailə üzvləri Müdafiə Nazilriyindən gileylidir:

“İki əsgər ölümcül vəziyyətdədir. Ancaq biri çıxıb bu iki əsgərin ailələrinə bir kəlmə demir ki, hadisə hansı səbəbdən olub… Biz hələ də bilmirik ki, nə baş verib… Bu uşaqları kim vurub, niyə vurub, məqsəd, məram nə olub, hamı susur. Hərbi hissə komandiri susur, bölük komandiri susur, Müdafiə Nazirliyi susur… Kim məsuliyyətə cəlb olunub? Hansı maddəylə? Ümumiyyətlə, cinayət işi açılıbmı? O qədər sualımız var, cavab verən tapılmır. Hələ də bilmirik atəşkəs pozulub, yoxsa əsgərlər öz aralarında törədiblər bu hadisəni… Heç nə bilmirik”.

 

Esmira Orucova

Azadlıq Radiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button