Hə, günah prezidentdədir! – Ilham Əliyevdə

Bu ölkəni tək bir adam idarə edir. 18 ildir ki, belədir. “Tək adam”lıq da nəsildən-nəsilə varisliklə keçib. O zaman bütün baş barmaqların yuxarı istiqamətlənərək göstərdiyi məkanda indi Ilham Əliyevdir və o, özünü Azərbaycanın Tanrısı kimi aparır. Özü bilər, mənim ona deyəcəyim heç nə yoxdur. “Əl-Cəzirə”yə verdiyi uğursuz və bərbad müsahibəyə görə iki yazı yazmışdım, 12 illik ittihamla içəridəyəm. Deməli, yazdıqlarım tam hədəfinə dəyib. Doğru yazılıb. Həqiqətləri ehtiva edib.
Mən hər zaman balığın başdan iyləndiyinə inananlardanam. Azərbaycanda da elədir. Burada da balıq başdan – Prezident Administrasiyasından iylənir. Nə olsun ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir, orada Əli Həsənov at oynadır, baş ki Ilham Əliyevdir! Deməli, Ramiz Mehdiyev, Əli Həsənov, başqaları balıq ola bilərlər – uzaq başı. Amma balığın başı Rəbiyyət Aslanovanın qanun çıxarmaq təklifi verdiyi “ümummillinin” oğludur – Ilham Əliyevdir.
Bu ölkə başdan-başa tarana və yalana yurd yeri olub – günah Ilham Əliyevdədir.
Bu ölkə başdan-başa korrupsiya və rüşvət bataqlığında can çəkişir – günah Ilham Əlyievdədir.
Bu ölkəni idarə edənlərin ən önəmli vəzifə kürsülərində əyləşənləri bu millətin övladı deyillər və bu millətin qeyrətli oğullarına düşmən kəsiliblər.
Təxminən 15 gündür ki, həbsxana divarları ilə tanış olmuşam. Vətənin bu divarları da mənim üçün doğmadır və mən özümü bu divarlar arasında da bərxudar hesab edirəm. Bilənlər bilir, azı 8 ildir, hər gün həbsxanaya girəcəyimi deyirəm və bu ölkənin irticaçı qüvvələrinin hədəfində olduğumun fərqindəyəm. Amma burada da nə qədər günahsız insan var, Ilahi! Bunların içəri düşməsində günahkar – Ilham Əliyevdir!
Gözəgörünməz bir əl var ki, bütün məhkəmə hökmlərini maksimum müddətə kəsdirir. Azərbaycan məhkəmələrində aşağı hədd yoxdur. Hakimlər qanqster kimi ən yuxarı həddlə bu millətin ən perspektivli oğullarını 10-11-12-15 illik gedərgəlməzə göndərirlər. 40 manata görə 9 il, bir 10 manatlıq kontura görə 10 il iş alanlar var; Azərbaycan ordusunun dəmir yumruqlu “kadrovik” zabitləri və daha kimlər var burda. Bu, bir soyqırımdır – bu soyqırımın günahkarı Ilham Əlyievdir.
Elə ona görə “Xural”ın bütün əmlakını müsadirə edəndən sonrakı hələlik son və şahanə nömrəmizdə əziz Ilham Əliyevə həbsimə səbəb olacaq dərəcədə sərt yazmışdım: “Azərbaycan sənə qalib gələcək, Ilham Əliyev!
***
Atam dünyasını dəyişəndə ona “Günahkar adam öldü!” yazmışdım. Indi Anam “Azadlıq” qəzetinin 12.11.2011-ci il tarixli sayının 10-cu səhifəsində o yazıma istinad edərək, “Mənəm günahkar” yazıb. Mənim Anam mütəvazi duyğularımı, həm də özümə istinad edərək, məni təmiz, vətənpərvər və halal böyütdüyü üçün özünü günahkar sayıb. Xeyr! Heç bir Ana, heç bir Ata Vətənə yaxşı və namuslu oğul böyütdüyü üçün özünü günahkar bilə bilməz! Günahkar bu cənnətməkan ölkəni bizə dar edən, azad sözə və müstəqil qəzetə qənim kəsilən bu hakimiyyətdir, bu balıqdır – bu balığın başıdır!
Mənim Atam, mənim Anam – Anamız, Atamız bizi rüşvətxor və talançı, yaltaq və yalançı böyütmədikləri üçün günahkar ola bilməzlər. Xeyir uduzmaz, Xeyir uduzdurula bilər. Amma zor olduğu üçün o uduzmaq, ya da uduzdurulmaq halal deyil. Döyüşün də, savaşın da, güc tətbiq etməyin də əsası, qaydası və norması olmalıdır. Normadan çıxanda Azərbaycan olur və ağız deyəni qulaq eşitmir. Şər başa çıxır, taxt qurur, hakim kəsilir, deputat təyin edilir.
***
Rafiq Əliyevin işdən çıxarılması biabırçılığın növbəti həddidir. Yaxşıdır, vallah, azad söz deyəni susdur, mövqe ifadə edən ziyalını işdən çıxar, haqqı müdafiə edən vəkilə töhmət elan et, ya da vəkillikdən uzaqlaşdır. Ölkədə total repressiya havası yaradılır və bu havanın içində hədəflər bir-bir sıradan çıxarılır. Rafiq Əliyev də azad sözün, fikrini müstəqil ifadə etməyin qurbanıdır və təklif edirəm ki, Redaktorlar Birliyi Rafiq Əliyevin işdən çıxarılması və Aslan Ismayılova töhmət verilməsi məsələsini, eyni zamanda, gündəlikdə dayanan “Azərbaycanda mətbəələr problemi”ni müzakirə etsin. Ümumiyyətlə, Redaktorlar Birliyinin iclaslarının hər həftə keçirilməsi aktualdır. Hakimiyyət, görünür, Redaktorlar Birliyinin gücündən, azad mətbuatın fəallaşmasından qorxur və çıxardığı rəzalətin bir səbəbi də elə budur.

Əlaqəli məqalələr

3 şərh

  1. SEVGİLİ XHURALDA ÇALIŞAN DOSTLAR.BUGÜNLERDE XURAL GAZETİMİZİN FAALİYETE GEÇECEYİNİ ÖYRENMİŞ BULUNMAKTAYIM.HANSI GÜN YAYINLANACAĞINI BANA MUTLAK BİLDİRMENİZİ XAYİŞ ELİYİREM.EVVELCE EVEZ ZEYNALLININ EMEİLİNE YAZI GÖNDERİYORDUM.YİNE AYNI ADRESEMİ YAZILARIMI GÖNDERECEYİM.SELAMLAR.DR. YAHYA TAŞDELEN.ANKARA

  2. Son vaxtlarin ölkemizdeki veziyyet ve onu töredenler haqda yazilmish en mükemmel yazidir. Tam heqiqeti ,deqiq ünvan göstermekle eks etdiren bu yazida her shey faklara esaslanib.Heqiqetende günahkar ilham aliyevdir. Ve ilham aliyev Azerbaycan xalqina qarsh shaumyanin bashladigi ,bolsheviklerin ,KQB ve atasi heyderi terfinden davam etdirilen soyqrim siyasetini ugurla davam etdirir. En adi ,hetda mehkemeye etiyaci olmayan chekishmeden ötrü cinayet mecellesinde nezerde tutulmush en yüksek cezalari vermekle xalqi hebsxanalrda mehv edirler. Bu cniayetkar rejim , polis mehkeme sistemini konveyre cheviribler. heyder Azerbaycani chevirmishdi. indi ilham da qullar ve hebsxanalar ölkesine chevirir. Qisas gününe az qalib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button