Həbs edilən Fizuli Hüseynov psixiatriya xəstəxanasına aparıldı

Milli Şuranın 7 oktyabr mitinqindən öncə 30 sutka müddətinə həbs edilən AXCP fəalı Füzuli Hüseynov Maştağadakı psixiatriya xəstəxanasına aparılıb. Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb. AXCP sədri yazır:

“Aclıq edən siyasi fəaldan qisas alınır. Rejim Sovetlərin dissidentləri psixiatriya xəstəxanalarına yerləşdirmək praktikasını geri qaytarmaq istəyir?
AXCP fəalı Fizuli Hüseynovu onun təkadamlıq piketlərindən artıq tanıyırsınız. Fizuli bəyi də digər AXCP funksionerlərilə birlikdə mitinq ərəfəsi həbs edib 30 sutka müddətinə azadlıqdan məhrum ediblər. Fizuli bəy həbs edildikdən sonra “siyasi məhbuslara azadlıq!” tələbilə quru aclıq aksiyası başlayıb. Mənim də təkidli xahişlərimə baxmayaraq, hələ də aclıq aksiyasını davam etdirir və su da içmir. Hökumət isə Fizuli bəyin tələblərini eşitmək, heç olmasa, onun özünü qanunsuz həbsdən azad etmək əvəzinə, onu hələlik müayinə adı ilə Maştağadakı psixiatriya xəstəxanasına aparıb.
Rejimə xatırladıram ki, bütün həddlərin aşılması bir gün bumeranq kimi onun özünü də vuracaq. Fizuli bəyə qarşı bütün qanunsuzluqların dayandırılmasını, onun dərhal azad olunmasını tələb edirik! Bilin ki, Fizuli bəyin həyatı üçün məsuliyyət daşıyırsınız!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button