Həbsdən çıxan jurnalist “Bakcell” MMC-ni məhkəməyə verir

pərviz həşimli

Pərviz Həşimli: Avropa İnsan Hüquqlari Məhkəməsində konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə baglı qərarın qəbuluna nail olacağam

“Bakcell MMC-ni məhkəməyə verirəm. Telefon danışıqlarımı qanunsuz olaraq, Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinə təqdim edib”. Xural.com xəbər verir ki, bu barədə jurnalist Pərviz Həşimli məlumat verib. Prezidnetin son əfv sərəncamı ilə azadlığa çıxan jurnalist hesab edir ki, “Bakcell” şirkəti bununla onun şəxsi həyatına müdaxilə edib.

“Telefon danışıqlarının dinlənilməsi məhkəmə qərarı ilə bəlli bir müddət üçün mümkündür. Amma “Bakcell” 2011-2013-cü ildəki danışıqlarımı (ailə üzvlərim, dostlarım və digər maraq doguran şəxslərlə) MTN-nə təqdim edib. Ümid edirəm ki, bu iddiamla baglı Azərbaycandakı instansiyaları keçəndən sonra Avropa İnsan Hüquqlari Məhkəməsində konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə baglı qərarın qəbuluna nail olacağam” – deyə jurnalist bildirib.

Aruz

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button