Həbsxanalarda yoxlama – Mədət Quliyevin yaxın adamı işdən çıxarıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi baş verib.

APA-nın xəbərinə görə, Gəncə istintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.

Xatırladaq ki, bir müddət bundan əvvəl xural.com olaraq Şakir Bayramovun Penitensiar Xidmətə rəis gətiriləcəyi haqqında onun öz yaxın ətrafına məlumat verdiyi və hətta özünə general mundiri tikdirdiyi barədə məlumat dərc etmişdik. Ş.Mayramov sabiq Penitensiar Xidmətin rəisi Mədət Quliyevin adamı kimi tanınır. Onun Gəncədə özü ilə Mədət Quliyevə yanaşı villalar tikdirdiyi haqqında da xural.com məlumatlar yaymışdı. Görünür, Mədət Quliyevə yaxın olan kadrların vurulması heç də təsadüfi deyil.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button